Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 20:46

ATƏT-in Bakı Ofisinə yeni rəhbər təyin olunub


Xose Luis Herero Ansola, 11 yanvar 2007
Xose Luis Herero Ansola, 11 yanvar 2007
Xose Luis Herero Ansola ATƏT-in Bakı Ofisinin yeni rəhbəri təyin olunub. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ülvi Axundlunun sözlərinə görə, beynəlxalq münasibətlər üzrə nüfuzlu ekspert olan Herero Ansola öz səlahiyyətlərinin icrasına fevralın 1-dən başlayacaq.

43 yaşlı ispaniyalı ekspert Ansola Harvard Universitetinin İctimai İdarəetmə fakültəsinin magistraturasını və Madrid Universitetinin politologiya və sosiologiya fakültəsini magistr dərəcəsi ilə bitirib. ATƏT-in Bakı Ofisinə rəhbər təyin olunmazdan əvvəl «FRİDE» Təşkilatının baş direktoru kimi çalışıb və demokratikləşmə, sülh, təhlükəsizlik, insan hüquqları problemləri ilə məşğul olub. Bundan başqa Herero Ansola BMT-nin Haiti, Ruanda, Cenevrə və Kosovo rezidensiyalarında iş təcrübəsinə malikdir.


ATƏT-in Bakı Ofisinin sabiq rəhbəri Maurisio Pavesinin səlahiyyətləri yanvarın 8-də başa çatıb. Hazırda onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Robin Sivord yerinə yetirir. ATƏT-in Bakı Ofisində 5 beynəlxalq və 14 yerli ekspert çalışır. ATƏT-in Bakı Ofisi ədliyyə islahatları, iqtisadi müxtəliflik, vətəndaş cəmiyyətinin inkişafı, polis təlimatı, ətraf mühit strategiyası, gender bərabərliyi və seçki sisteminə dəstək sahəsində fəaliyyəti vasitəsi ilə Azərbaycana ATƏT prinsip və öhdəliklərini həyata keçirməyə yardım edir. Yeni təyinatına münasibət bildirən Xose Luis Herero Ansola bildirib ki, təşkilat Azərbaycana ATƏT-in iştirakçı dövləti kimi, öz öhdəliklərini yerinə yetirməkdə yardımı davam etdirəcək: «Mən inanıram ki, ATƏT regionun stabilliyinə əhəmiyyətli dərəcədə yardım edə bilər. Mən bu təyinata görə minnətdaram və bunu çox maraqlı bir təcrübə hesab edirəm».


XS
SM
MD
LG