Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:28

Azərbaycan hökuməti Sərdar Cəlaloğluna təzminat ödəyəcək


Sərdar Cəlaloğlu 2003-cü il prezident seçkilərindən az sonra bir neçə il müddətinə azadlıqdan məhrum olunmuşdu
Sərdar Cəlaloğlu 2003-cü il prezident seçkilərindən az sonra bir neçə il müddətinə azadlıqdan məhrum olunmuşdu
Avropa İnsan Haqları Məhkəməsi Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğlunun polis məntəqəsində ona işgəncə verilməsi ilə bağlı Azərbaycan hökumətinə qarşı iddiasını təmin edib. Bu haqda məhkəmənin qərarı yanvarın 11-də açıqlanıb.

Məhkəmə qərarına görə, Azərbaycan hökuməti Sərdar Cəlaloğluna dəymiş mənəvi ziyana görə, ona on min avro, çəkilmiş xərclərə görə 1817 avro ödəməlidir.


Onun vəkili Fuad Ağayevin sözlərinə görə, məhkəmə baxışı zamanı İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi Konvensiyasının pozulması aydınlaşıb.


Vəkilin qənaətincə, Avropa İNsan Haqları Məhkəməsinin qərarı çox əhəmiyytəlidir, bundan sonra Azərbaycanda polis məntəqəsində vətəndaşlara işgəncə verilməsi halları azalacaq.


Fuad Ağayev bildirir ki, bu işi düzgün araşdırmadığına görə, müstənitiq və prokuror da məsuliyyətə cəlb oluna və Ali Mhəkəmə bu işə yenidən baxa bilər.


Sərdar Cəlaloğlu 2003-cü il prezident seçkilərindən az sonra həbs olunmuş və kütləvi iğtişaşlarda ittiham oulnaraq bir neçə il müddətinə azadlıqdan məhrum olunmuşdu. Təxminən bir il sonra o əfv olunmuşdu. Demokrat partiyasının sədr müavini Avropa İnsan Haqları Məhkəməsinə 2004-cü ildə müraciət edib.


İndiyədək bu məhkəmə Azərbaycanda yalnız bir nəfərin - Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyevin iddiasını təmin etmiş, və Azərbaycan hökumətinin ona bir neçə min avro məbləğində təzminat verilməsi barədə qərar çıxarmışdı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG