Son dord oyundan üçündə uduzan İspaniyanın «Real» klubunun baş məşqçisi Fabio Kapello mətbuat konfransı keçirib. Vəziyyətdən çıxış yolu tapmaq üçün klub
prezidenti Roman Kalderon və idman direktoru Predraq Miyatoviçlə
görüşdüyünü bildirən mütəxəssis sözünə belə davam edib: «İstefaya
getməyin zəruriliyi haqda düşünmürəm. Son iki oyunda komanda xarakter
göstərmədi. Biz müxtəlif qərarlar verəcəyik və onların nələrə gətirib
çıxaracağını tezliklə görəcəksiz. İlk addım məşqləri bağlı qapılar
arxasında keçirmək olacaq».