Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:47

Buş İraqla bağlı yeni planını açıqladı


Prezident İraqla bağlı yeni planını bu gün Bakı vaxtı ilə səhər saat 6 radələrində açıqlayıb
Prezident İraqla bağlı yeni planını bu gün Bakı vaxtı ilə səhər saat 6 radələrində açıqlayıb

Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş təklif edib ki, İraqdakı Amerika əsgərlərinin sayı 20 min nəfər artırılsın. Buş bu gün Bakı vaxtı ilə səhər saat 6 radələrində İraqla bağlı yeni planını açıqlayıb. Buş deyib ki, Bağdada yerləşdirilən əlavə qoşunun əsas hissəsi İraq ordusuna kömək edəcək. İndi İraqdakı Amerika qoşunlarının sayı 130 min nəfərdir.


Buş baş nazir Nuri əl-Maliki də daxil olmaqla İraq liderlərinə müraciət edib ki, məzhəb davasının qarşısını almaq üçün öz öhdələrinə düşən işi görsünlər:


«Mən baş nazirə və başqa liderlərə demişəm ki, Amerikanın İraqdakı işi konkret müddətlə məhdudlaşdırılan iş deyil. Əgər İraq hökuməti öz vədlərinə əməl etməsə, o Amerika xalqının da, İraq xalqının da dəstəyini itirəcək. İndi iş görmək vaxtıdır. Baş nazir bunu anlayır».


Buş İran və Suriyanın İraqdakı terrorçulara dəstəyinin qarşısını alacağına söz verib.


Buşun siyasi rəqibləri olan demokratlar əvvəlcədən İraqdakı hərbi əməliyyatlarının genişlənməsinə qarşı çıxacaqlarını bəyan ediblər.


Bu arada Avstraliya Buşun İraqa əlavə qoşun yeritmək planını dəstəkləyib. Bunu ölkənin baş nazir Con Hovard deyib. Amma, dövlət yetkilisi onu da əlavə edib ki, Avstraliyanın İraqa əlavə qoşun göndərmək fikri yoxdur. İndi Avstraliyanın İraqda 1400 əsgəri var. Hovard deyib ki, bu elə ən münasib saydı.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG