Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 14:23

Gürcüstana qazın ötürülməsi hələ başlanmayıb


«Azəriqaz» Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Azərbaycandan Gürcüstana qazın nəqlinə başlanmayıb. Təşkilatın Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı «Azadlıq» radiosuna səbəblər haqda heç nə deyə bilməyəcəyini söyləyib. Cənab Eyvazlı qazın qonşu ölkəyə nə vaxtdan ötürüləcəyi haqda da dəqiq məlumatın olmadığını bildirib. Hərçənd o, Gürcüstana qazın nəqlinin yanvarın 11-də başlayacağını da istisna etmir.


Bir gün əvvəllər rəsmilər yanvarın 10-dan yanvarın 20-dək Gürcüstana gündə 3 milyon kubmetr qaz ötürüləcəyini bildirmişdilər. Yanvarın 21-sə qış aylarında qonşu ölkəyə gündəlik bir milyon kubmetr qazın nəql ediləcəyi deyilirdi.


XS
SM
MD
LG