Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:42

Həmkarlar İttifaqları maaşların artırılmasını tələb edir


Maaşlar ötən ilki qiymətlərlə hesablanıb deyə, onlara yenidən baxılmasına zərurət var
Maaşlar ötən ilki qiymətlərlə hesablanıb deyə, onlara yenidən baxılmasına zərurət var
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) yanvarın 6-da Tarif Şurasının enerjidaşıyıcılar və kommunal xərclərin artırılması haqda qərarı ilə bağlı hökumətlə danışıqlara başlayıb. Konfederasiyanın sədr müavini İlyas Əliyev deyir ki, müvafiq qanuna uyğun olaraq hökumət qiymət artımı haqda ən azı 15 gün öncə onlara məlumat verməliydi.

AHİK təqaüdlərin baza hissəsinin, minimum əməkhaqqının, yaşayış minimumunun və eləcə də digər maaşların artırılmasını tələb edir. Cənab Əliyev bildirir ki, minimum əməkhaqqı, təqaüdlər və digər maaşlar da ötən ilki qiymətlərlə hesablanıb deyə, onlara yenidən baxılmasına zərurət var.


Hökumətlə danışıqlar başa çatmadığından nəticə haqda yanvarın 11-də məlumat veriləcəyi bildirilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG