Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:20

Sədərəkdə müxalifətçi həbs olundu


Bütöv Azərbaycan Birliyi (BAB) kimi tanınan qurumun Naxçıvan Muxtar Respublikası Sədərək rayon təşkilatının sədri Seyfulla Nəcəfli yanvarın 9-da səhər saatlarında evindən çıxarkən həbs olunub. Seyfulla Nəcəflinin yaxınlarının bildirdiyinə görə, həbsindən bir gün əvvəl o, Sədərək Rayon İcra Hakimiyyətinə zəng edərək, icra başçısından rayona işığın uzun fasilələrlə verilməsi haqqında məlumat öyrənmək istəyib. Buna görə də, cənab Nəcəflinin ailəsi onun həbsinin icra başçısının təşəbbüsü ilə ola bildiyini düşünürlər.


Sədərək Rayon Polis Şöbəsindən Nəcəflinin həbs edilməsi faktı təsdiqlənib və onun polisə tabe olmadığına görə, həbs edildiyi bildirilib. Şöbədən «Azadlıq» radiosuna onu da bildiriblər ki, yanvarın 11-də Nəcəflinin məhkəməsi olacaq.


Seyfulla Nəcəfli BAB-ın Sədərək rayon təşkilatının sədri olmaqla yanaşı, rayon orta məktəbində ədəbiyyat fənnindən dərs deyir.


XS
SM
MD
LG