Qroznıda Xruşova abidə ucaltmaq haqda qərar Çeçenistan hökumətinin deportasiya olunmuş çeçen və inquşların Orta Asiyadan qayıtması və milli muxtariyyətin bərpasının 50-ci ildönümünə həsr olunan təntənəli iclasında qəbul edilib.
Bu, 13 illik sürgündən sonra vaynaxların - çeçenlərin vətənlərinə qayıtmasına şərait yaradan Nikita Xruşovun abidəsini əbədiləşdirmək üçün edilən birinci cəhd deyil. Hələ 90-cı illərin əvvəllərində Çeçenistan prezidenti Cövhər Dudayev Qroznının dörd rayonlarından birinə Xruşovun adını vermək istəyirdi.
1944-45-ci illərdə Stalinin verdiyi əmrə əsasən, 700 minə yaxın çeçen və inquş Sibir və Qazaxıstana sürgün ediliblər.