Keçid linkləri

2025, 19 Fevral, çərşənbə, Bakı vaxtı 02:34

Həmkarlar İttifaqları qiymət artımını müzakirə edir


Həmkarlar İttifaqları Konfederasiyası hesab edir ki, hökumət qiymətlərə yenidən baxmalıdır
Həmkarlar İttifaqları Konfederasiyası hesab edir ki, hökumət qiymətlərə yenidən baxmalıdır

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkədəki qiymət artımı ilə bağlı müzakirələrə başlayıb. Yanvarın 10-da qurum öz təkliflərini hökumətə təqdim edə bilər. Konfederasiya sədrinin birinci müavini İlyas Əliyev «Azadlıq» radiosuna açıqlamasında enerjidaşıyıcılarının, kommunal xərclərin artımının onlar üçün də gözlənilməz olduğunu və işçilərin hüquqlarını müdafiəsi məqsədilə müzakirələrə başladıqlarını deyib. Cənab Əliyev müzakirələr başa çatmadığından nəticələr haqqında yalnız yanvarın 10-da ictimaiyyətə məlumat veriləcəyini deyib. Konfederasiyada şöbə müdiri Çingiz Tağıyev isə hesab edir ki, hökumət əməkhaqlarına yenidən baxmalıdır: «Minimum əməkhaqqı, yaşayış minimumu köhnə qiymətlə hesablanıb. Bahalanmadan sonra onlara yenidən baxılmalıdır».


Həmkarlar İttifaqları Konfederasiyası özündə onlarla həmkarlar təşkilatını birləşdirir.


XS
SM
MD
LG