Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 18:25

Norveçdə Azərbaycana uçmağa hazırlaşan təyyarənin pilotlarını tutublar


Azərbaycana uçmağa hazırlaşan «AN-22» yük təyyarəsi Ukraynaya məxsusdur
Azərbaycana uçmağa hazırlaşan «AN-22» yük təyyarəsi Ukraynaya məxsusdur

Norveçdə Azərbaycana uçmağa hazırlaşan təyyarənin pilotlarını tutublar. Təyyarə ekipajının yeddi nəfərdən ibarət olduğu bildirilir. Norveç polisi məlumat verib ki, pilotların həbsinə səbəb onların sərxoş olması olub.


Azərbaycana uçmağa hazırlaşan «AN-22» yük təyyarəsi Ukraynaya məxsusdur. Təyyarə Azərbaycana neft avadanlığı gətirməli idi. Təyyarədə 17 sərnişin də olub. Günahları sübut olunsa, pilotlar ya cərimə ediləcəklər, ya da həbs cəzası alacaqlar.


XS
SM
MD
LG