Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:15

«Quş qripi» ilə bağlı monitorinq davam edir


Yanvarın 8-dən Azərbaycanda «quş qripi» virusu ilə bağlı növbəti monitorinq başlayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən «Azadlıq» radiosuna bildiriblər ki, monitorinq xüsusi komissiya tərəfindən həyata keçiriləcək, qurumun tərkibinə Dövlət Baytarlıq Xidmət, Ekologiya və Səhiyyə nazirlikləri və Ovçular Cəmiyyətinin səlahiyyətli şəxsləri daxildir.


Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı ehtimal olunan ərazilərdə-Salyan, Ağcabədi, Lənkəran və Xəzər dənizi sahil boyunda keçiriləcək.


Monitorinq yanvarın 12-nə qədər davam etdiriləcək. Laboratoriyada müayinə olunduqdan sonra nəticələr yanvarın 16-da elan olunacaq.


Xüsusi komissiya tərəfindən «quş qripi» barədə xəbərdarlıqla əlaqədar monitorinqə 2006-cı il dekabrın 25-dən başlanmışdı. Qeyri-sabit hava şəraitinə görə, dekabrın 27-də müvəqqəti dayandırılmışdı. Dekabr ayında komissiya Pirallahı adası, Abşeron yarımadası və Dəvəçi rayonunda monitorinq keçirib.


Növbəti - səkkizinci monitorinqə isə yanvarın 15-dən start verikəcək.


XS
SM
MD
LG