Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 03:05

Belarus Rusiya neftinin Qərbi Avropaya tranzitini dayandırıb


Belarus «Drujba» kəməri ilə Rusiya neftinin Polşa, Almaniya və Ukraynaya tranzitini dayandırıb. Polşa hökumətinin verdiyi məlumata əsasən, Polşaya neft tədarükü keçən gecə tam dayandırılıb.


Rusiyanın «Transneft» şirkətinin rəhbəri Semyon Vaynştok bildirib ki, Belarus qanunsuz olaraq Qərbi Avropa üçün nəzərdə tutulan Rusiya neftini mənimsəyir.


Yaxınlarda Minsk «Qazprom»un Belarusa verdiyi qazın qiymətini artırmasına cavab olaraq Rusiya neftinin tranzitinə rüsum tətbiq edib. Moskva bu addımı qanunsuz adlandırıb.


XS
SM
MD
LG