Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:13

Norveçin yeni səfiri artıq vəzifələrinin icrasına başlayıb


Norveçin yeni səfiri artıq Azərbaycandadır və vəzifələrinin icrasına başlayıb. Bu məlumatı «Trend» İnformasiya Agentliyi Norveçin Azərbaycandakı səfirliyinə istinadən yayıb. Səfirlikdən verilən məlumata görə, Yon Ramberq 1946-cı il təvəllüdlüdür, Norveçin CAR və Niderland səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, Azərbaycana təyinatdan öncə Xarici İşlər Nazirliyində işləyib. Azərbaycan onun səfir kimi fəaliyyət göstərəcəyi ilk ölkə olacaq. Ailəlidir, üç övladı var.


Yon Ramberq bu vəzifədə diplomatik missiyası 2006-cı ilin sonunda bitən Steynar Gili əvəz edəcək.


XS
SM
MD
LG