Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 04:33

Səddamın tərəfdaşlarının məhkəməsi bərpa olunub


Səddamın tərəfdarları İraqın şimalında kürdləri kütləvi qətlə yetirməkdə ittiham olunurlar
Səddamın tərəfdarları İraqın şimalında kürdləri kütləvi qətlə yetirməkdə ittiham olunurlar

Yanvarın 8-də keçmiş diktator Səddam Hüseynin altı tərəfdaşının işi üzrə məhkəmə prosesi bərpa olunub. Onlar 1988-ci ildə İraqın şimalında kürdləri kütləvi qətlə yetirməkdə ittiham olunurlar. Müttəhimlər arasında Səddam Hüseynin əmisi oğlu – «Kimyaçı Əli» ləqəbi ilə tanınan Həsən əl-Məcid də var.


«Hyuman Rayts Votç» insan haqları təşkilatı hesab edir ki, Səddamı edam edən və məhkəmənin qərarı ilə onun iki yoldaşını edam etməyə hazırlaşan İraq hökuməti qanunlara məhəl qoymur və insan haqlarını tapdalayır.


Təşkilatın hüquq proqramının rəhbəri Riçard Diker qeyd edir ki, eks-diktatorun iki yaxın silahdaşı – Səddam Hüseynin ögey qardaşı Barzan İbrahim at-Tikrit və İraqın keçmiş baş hakimi Auad əl-Bandarın edam edilməsi hökumətin səhvlərini yalnız artıracaq.


Bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilinən İraqın keçmiş prezidenti Səddam Hüseyn dekabrın 30-da edam olunub.


XS
SM
MD
LG