Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:38

Əbülfəz Elçibəyin heykəli hazırlanıb


Əbülfəz Elçibəy 2000-ci ilin avqustunda vəfat edib.
Əbülfəz Elçibəy 2000-ci ilin avqustunda vəfat edib.

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin heykəli hazırlanıb.


Bu barədə «Azadlıq» radiosuna Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli məlumat verib. Heykəlin müəllifi Xanlar Əhmədovdur.


Aqil Səmədbəyli deyir ki, heykəl kompleksinin hazırlanması üçün Türkiyənin Milliyyətçi Hərəkat Partiyası 160 min ABŞ dolları ayırıb.


Aqil Səmədbəyli qeyd edir ki, əslində, dekabrın 31-i -- Həmrəylik Günü heykəlin açılışı olmalıydı. Ancaq Bakı şəhər İcra Hakimiyyəti Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı qəbrinin üzərində hazırlıq işlərinə icazə verməyib. Şəhər icra hakimiyyətindən onlara bildiriblər ki, bundan ötrü Nazirlər Kabinetinin icazəsi olmalıdır. Artıq razılıq üçün Nazirlər Kabinetinə müraciət etdiklərini deyən Aqil Səmədbəyli hesab edir ki, hadisələrin bundan sonrakı inkişafı onlara veriləcək cavabdan asılı olacaq.


Aqil Səmədbəyli bildirir ki, Nazirlər Kabineti razılıq verən kimi dərhal Əbülfəz Elçibəyin qəbri üstündə hazırlıq işlərinə başlamaq niyyətindədirlər. Heykəlin açılışını isə 28 May - Respublika Gününə planlaşdırırlar.


Əbülfəz Elçibəy 2000-ci ilin avqustunda vəfat edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG