ABŞ Konqresi Alyaskadakı qoruqda neft hasilatını qadağan edən qanun layihəsini müzakirə edəcək. Keçmişdə konqresmenlər dəfələrlə buna qarşı çıxıblar. Amma ekoloqlar ümidvardırlar ki, indi demokratların nəzarətində olan Konqres bu dəfə qanun layihəsini qəbul edəcək.
Hesablamalara əsasən, Milli Arktik Qoruğunda neft ehtiyatları 10 milyard bareli keçə bilər. Alimlərin fikrincə, heyvanat aləminin müxtəlifliyi baxımından bu qoruğun dünyada yalnız bir analoqu var -- Afrikadakı Sereneqi parkı. Alyaskadakı qoruqda ağ ayılar, iribuynuzlu mal-qara, karibu (şimal maralı) və milyonlarla quş yaşayır.
Prezident Corc Buş bir neçə dəfə deyib ki, bu ərazidə həm ətraf mühiti qorumaq, həm də neft hasil etmək mümkündür.