Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Qiymətlərin ucuzlaşması gözlənilmir


Dövlət rəsmiləri ucuzlaşmanı yalnız yarmarkaların təşkilində görürlər
Dövlət rəsmiləri ucuzlaşmanı yalnız yarmarkaların təşkilində görürlər

Qurban və Yeni il bayramlarından bir həftə vaxt keçməsinə baxmayaraq bazarlarda ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri bayramdan əvvəlki səviyyəyə düşməyib. Hətta bəzi məhsulların qiymətində artım da müşahidə etmək mümkündür. Məsələn, əgər bayram günlərində mandarinin 1 kilosunu 1 manata almaq mümkün idisə, indi qiymət 1 manat 20 qəpiyədək qalxıb. Satıcılar bunun səbəbini bayramdan sonra bazara məhsulun gətirilməməsi ilə izah edirlər: «Kənd camaatı rayondadır, mal gətirmirlər, mal da olmayanda bahaçılıq olur. Məsələn, əvvəl kökü 4000 alırdıq, indi 4500-ə alırıq. Ayın 10-dan sonra əvvəlki qiymətə qayıdacaq. Bayram günlərində olan qiymətlər olacaq».


Digər satıcı Ramin isə həmsöhbətim Bəhruzla razılaşmadı. Ramin deyir ki, bayram qiymətlərinə nisbətən bahalaşma yalnız 1-2 gün davam etdi, indi isə qiymətlər stabilləşib. Satıcılar arasında fərqli fikirlər olsa da, alıcılar bayramlardan sonra qiymətlərin aşağı düşmədiyini və bundan da narahat olduqlarını deyirlər:


«Həmin qiymətlər qalıb, bayramda da bu qiymətlər idi, indi də», «Heç nəyin qiyməti düşməyib, bahadır, ucuz olsaydı, camaat da yaxşı dolana bilərdi», «Bayramda da meyvəni bu qiymətə almışdım, indi də həmin qiymətdir».


Satıcılar qiymətlərin aşağı düşməyəcəyini deyirlər. Elə ekspertlər də. Çünki Vergilər Nazirliyi yanvar ayından kassadan istifadə etməyən satıcıların cərimələnəcəyini bildirib. Satıcıların dediyinə görə, kassa aparatlarının quraşdırılmasıyla onlar 4% vergi ödəməli olacaqlar ki, bu da çox güman ki qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. «Turan» İnformasiya Agentliyinin iqtisadçı eksperti Sarvan Rizvanov isə bunun belə olacağına əmindir: «Kassalar qoyularsa, qiymətlər qalxacaq. Ödəniləcək həmin vergi sıravi əhalinin boynuna düşəcək».


Kənd Təsərrüfatı Nazirliyi isə bazarlarda qiymətləri sabit saxlamaq üçün bu il də yarmarkalar təşkil etməkdə davam edəcək. Amma ekspertlər qiymət artımının qarşısını almaq üçün çıxış yolunu yarmarkaların təşkilində yox, ölkədə inhisarçılığın aradan qaldırılmasında və sərbəst idxal üçün lazımi şəraitin yaradılmasında görürlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG