Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 10:13

«Dünya «quş qripi»ylə mübarizəni davam etdirməlidir»


Ümumdünya Səhiyyə Təşkilatının başçısı - Marqarit Çan
Ümumdünya Səhiyyə Təşkilatının başçısı - Marqarit Çan
Dünya «quş qripi»ylə mübarizəni davam etdirməlidir. Bu xəbərdarlığı Ümumdünya Səhiyyə Təşkilatının yanvarın 4-də işə başlamış yeni başçısı - Marqarit Çan edib. Onun sözlərinə görə, əgər «quş qripi» epidemiyası yayılsa, bu, böyük fəlakətə səbəb olar. Artıq sözügedən virusdan Asiyada xeyli toyuq tələf olub. Ötən bir neçə ildə bu xəstəlikdən 150 nəfər vəfat edib. Ancaq ekspertlər qorxurlar ki, əgər virus insanlar arasında yayılmağa başlasa, bu, milyonlarla adamın ölümünə səbəb ola bilər.

«Quş qripi» ilə bağlı Azərbaycan ərazisində aparılan monitorinq isə müvəqqəti dayandırılıb. Səbəb havaların kəskin soyumasıdır. Monitorinq yanvarın 8-dən davam etdiriləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəli «Azadlıq» radiosuna belə deyib.


Əvvəlki monitorinqlər zamanı ev və çöl quşlarında «quş qripi» xəstəliyi aşkarlanmayıb. Bununla belə, DBX diri quşların satılması, ovlanması, ev quşlarının qapalı şəraitdə saxlanması və xəstəlik tapılan ölkələrdən quş əti, yem gətirilməsi ilə bağlı qadağanı qüvvədə saxlayır.


Azərbaycanda «quş qripi» 2006-cı ilin fevralında çöl quşlarında tapılıb. Bu xəstəlikdən beş nəfər dünyasını dəyişib.


XS
SM
MD
LG