Sərhədsiz Reportyorlar Birliyi «Azadlıq» qəzetinin əməkdaşı Nicat Hüseynovla bağlı prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir ki, «Nicat Hüseynova gündüz hücum edənlərin öz üzlərini belə gizlətməmələri jurnalistlərə hücum edənlərin cəzasız qaldığını göstərir. Biz İlham Əliyevdən xahiş edirik ki, bu məsələyə tezliklə münasibət bildirsin».
Sərhədsiz Reportyorlar hesab edir ki, Kütləvi İnformasiya Vasitələrinin daim fiziki təzyiqlər altında yaşayan ölkədə demokratiya mövcud ola bilməz.
Nicat Hüseynov iki ilə yaxındır ki, «Azadlıq» qəzetində işləyir. O, adətən korrupsiyadan və dövlət nümayəndələrinin fəaliyyətlərini tənqid edən yazılarla çıxış edir. Jurnalist ötən il dekabrın 25-də evdən işə gedərkən naməlum şəxslərin hücumuna məruz qalıb.
Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov bu müraciətə hər hansı münasibət bildirmək istəməyib.