Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 17:54

ABŞ bazarlarında klonlaşdırılmış heyvan əti satıla bilər


Hələlik klonlaşdırılmış qoyun ətinin satışı nəzərdə tutulmur
Hələlik klonlaşdırılmış qoyun ətinin satışı nəzərdə tutulmur
Klonlaşdırılmış heyvanların süd və əti qida kimi təhlükəsizdir və Amerika bazarlarında satıla bilər.

Bu haqda ABŞ Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsinin [FDA] qərar layihəsində deyilir. Bu qərar layihəsi təsdiqlənərsə, ABŞ-da klonlaşdırılmış inək, donuz və keçi ətindən istehsal olunan ərzaq məhsullarının satışına icazə veriləcək. Özü də klonlaşdırılmış heyvanlardan alınan məhsulların üzərində hər hansı nişanlama nəzərdə tutulmur.

Qida Məhsullarının Təhlükəsizliyi Mərkəzinin direktoru Cozef Mendelson hesab edir ki, bu qərar bir çox etik problemlərə səbəb olacaq.


Amerika İstehlakçılar Federasiyasının ərzaq siyasəti üzrə direktoru Kerol Taker Foreman isə deyir ki, «tədqiqatlara əsasən, başqa reproduktiv texnologiyalarla müqayisədə klonlaşdırmada ölüm və eybəcərlik halları daha çoxdur. Klonlaşdırılmış heyvanların süd və ətinin istehlakçılara heç bir faydası yoxdur və istehlakçılar onlardan qida məhsulları kimi istifadə etmək istəmirlər».


Məsələnin həlli ictimai müzakirəyə çıxarılacaq. Bundan sonra Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsi son qərarını verəcək.


XS
SM
MD
LG