Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:40

Sementin vahid qiyməti yanvarın 15-də elan olunacaq


Ötən ilin fevralından sonra sementin qiyməti 50-60 faiz bahalanıb
Ötən ilin fevralından sonra sementin qiyməti 50-60 faiz bahalanıb

Sementin vahid qiyməti yanvarın 15-də elan olunacaq.


Bunu «Azadlıq» radiosuna «Qaradağ Sement» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Marketinq Şöbəsindən bildiriblər.


Sement kisələrinin üzərində qiymətlərin göstərilməsi isə iki aydan tez mümkün olmayacaq. Cəmiyyətdən verilən məlumata görə, gecikmə üzərində qiymət göstərilən kisələrin hazırlanması prosesi ilə bağlıdır. Kisələr fevralın sonu, martın əvvəllərinə hazır ola bilər.


Ötən il dekabrın 8-də İqtisadi İnkişaf naziri Heydər Babayev «Qaradağ Sement» ASC-nin nümayəndələrilə birgə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, 2007-c il yanvarın 1-dən etibarən bu müəssisənin istehsal etdiyi sement, kisələrin üzərində göstəriləcək vahid qiymətə satılacaq. Göstərilən qiymətlərdən baha sement satan dillerlersə dərhal cəzalandırılacaqlar.


Ötən ilin fevralından sonra «Qaradağ Sement» istehsal etdiyi sementin qiymətini qaldırmasa da, ölkə bazarlarında sementin qiyməti 50-60 faiz bahalanıb. Bunun qarşısının alınmasıyla bağlı görülən tədbirlər nəticə vermədiyindən İqtisadi İnkişaf Nazirliyilə «Qaradağ Sement» ASC arasında kisələrin üzərində vahid qiymətlərin göstərilməsilə bağlı razılıq əldə olunub. Nazirlik kisələrin üzərində qiymətlərin yanvarın 1-dən göstəriləcəyini bildirsə də, «Qaradağ Sement» ASC rəsmiləri nazirliyin bir qədər tələskənliyə yol verdiyini deyirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG