Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:03

Mixail Qorbaçov köşə yazıları yazacaq


Keçmiş SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov bütün dünyada bir sıra qəzetlərdə dərc olunacaq köşə yazılarının müəllifi olacaq. Bu haqda məlumat verən Qorbaçov Fondunun Mətbuat Xidmətindən bildiriblər ki, layihə «New York Times Syndication» korporasiyasıyla müştərək həyata keçiriləcək.

Birinci məqalədə M.Qorbaçov keçən ilin yekunlarına toxunacaq, sonrakı yazılarında isə oxucuların suallarına cavab verəcək.


Eks-prezidentin müəllif köşəsi Avropa, Asiya və Latın Amerikasının aparıcı nəşrlərində, həmçinin ABŞ-ın yerli qəzetlərində çıxacaq.


XS
SM
MD
LG