Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:08

Bakı zooparkına heyvanlar mübadilə yolu ilə gətirilir


«Bəzən zooparka əhliləşdirilmiş heyvanları gətirirlər»
«Bəzən zooparka əhliləşdirilmiş heyvanları gətirirlər»
Bayram günləri olduğundan Bakı zooparkına ziyarətə gələn adamların sayı əvvəlki günlərdən daha çox idi. Havanın günəşli olması da buna imkan verirdi. 1942-ci ildə yaradılan bu zooparkda ziyarətçilər üçün hansı yeniliklər olacaq? Zooparkın rəhbəri Azər Hüseynov: «Bu il biz başqa zooparklardan tək olan heyvanların cütünü gətirəcəyik. Bir sıra ölkələrin zooparkları ilə, o cümlədən Minsk zooparkı ilə müqaviləmiz var. Ora bizdə doğulmuş bir baş erkək aslan verməliyik, əvəzində iki baş sibir pişiyi, iki baş nil timsahı, iki baş Avropa cüyürü, şinşila gətirməliyik. Bundan əlavə, Çexiyanın Bruno zooparkı ilə də danışıqlarımız olub. Ordan Bakı zooparkına zebra gətirməliyik. Əvəzində onlara soltan toyuğu və sair quşlar verməliyik. Bizim zooparka heyvanlar mübadilə yolu ilə gətirilir, pulnan alınmır».

Cənab Hüseynov onu da əlavə edir ki, heyvanların Bakı zooparkına gətirilməsi elə də asan iş deyil: «Buna müvafiq dövlət orqanlarının - İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Baytarlıq Xidmətinin razılığı, Zoologiya İnstitutunun isə rəyi lazımdı. Bu qurumların razılığını aldıqdan sonra yaya qədər saydığımız heyvanları zooparkımıza gətirəcəyik».


Zooparkın sahəsini genişləndirməsi üçün ona dövlət tərəfindən əlavə torpaq verilib. Hasarlanması başa çatan bu sahədə hələlik heç bir heyvan saxlanılmır, amma tezliklə onun yeni sakinləri gətiriləcək: «Həmin sahədə yalnız otyeyən heyvanlar saxlamaq istəyirik. Çünki ora sıx meşəlikdir. Bunun üçün də istəyirik ki, ətraf mühitə zərər vurulmasın».


Cənab Hüseynov onu da deyir ki, bəzən zooparka evdə əhliləşdirilmiş heyvanları gətirirlər. Onları qəbul edib zoopark şəraitinə uyğunlaşdırmaq isə heç də həmişə mümkün olmur. O, həm də həmin heyvanları saxlayanları xəbərdar edir ki, ehtiyatlı olsunlar. Çünki bu cür heyvanlar gec-tez vəhşi təbiətə məxsus olduqlarını göstərirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG