Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:19

Amerika hərbçiləri Səddamın edamına aidiyyəti olmadıqlarını bildirirlər


Uilyam Kolduell deyib ki, ABŞ hərbçiləri ölüm hökmünü «bir az başqa cür» icra edərdilər
Uilyam Kolduell deyib ki, ABŞ hərbçiləri ölüm hökmünü «bir az başqa cür» icra edərdilər
İraq prezidenti Cəlal Təlabani keçmiş İraq diktatoru Səddam Hüseynin edamında iştirak etmədiyini deyir. Prezident dəftərxanasının məlumatında qeyd olunur ki, Təlabani edama qarşı çıxsa da, məhkəmənin qərarına müdaxilə edə bilməzdi.

İraqdakı Amerika komandanlığı da Səddamın edamına heç bir aidiyyəti olmadığını bəyan edir. Komandanlığın nümayəndəsi Uilyam Kolduell bildirib ki, Amerika hərbçiləri məhkumun İraq hakimiyyətinə təhvil verilməsi zamanı yalnız təhlükəsizliyi təmin ediblər. Kolduell deyib ki, Amerika hərbçiləri ölüm hökmünü «bir az başqa cür» icra edərdilər, amma qeyd edib ki, İraq suveren ölkədir və Səddamın edamının hansı şəraitdə keçməsi yalnız İraq hökumətindən asılı idi.


Bu arada İraq rəsmiləri Səddam Hüseynin edam prosesinin mobil telefonun kamerasına necə çəkildiyini araşdırır. Lent yazısından məlum olur ki, Səddam edamdan bir neçə dəqiqə qabaq təhqirlərə məruz qalıb.


Səddam Hüseynin vəkillərindən biri edamın keçirildiyi şəraiti «qəbuledilməz» adlandıraraq, BMT-ni edamla əlaqədar araşdırma aparmağa çağırıb.


İraqda edamdan qəzəblənən sünnilərin kütləvi aksiyaları keçib.


Sabiq İraq prezidenti Səddam Hüseyn İraq məhkəməsinin qərarı ilə 2006-cı ilin dekabrın 30-da edam edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG