Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:16

«Yeni İldə üzügülər olmaq şərtdir!»


Qarmon ifaçısı Kamil Vəzirov
Qarmon ifaçısı Kamil Vəzirov
-Kamil bəy, Sizi tanımayanlara necə tanıdaq?

-Peşəkar musiqiçilər ailəsində doğulmuşam. Atam-Səfərəli Vəzirov adlı-sanlı qarmonçalan olub və öz ifasında çox qədim havaları yadigar qoyub. Qardaşım-Ədalət Vəzirov da tanınmış kaman ifaçısı olub. Ondan da mükəmməl ifalar yadigar qalıb. Tar, qarmon, piano və s. və i.a. ailəmizdə hər kəsin çalmağı bacardığı musiqi alətləri sayılıb. Mən də, beləcə, seçimi etmiş və lap gənc yaşlarımdan musiqiyə bağlanmışam. Öncə Rübabə Muradovanın musiqi qrupunda çalışmışam və sonra Rəşid Behbudovun şəxsi dəvəti ilə Mahnı Teatrında çalışmışam. Bu günə qədər həmin teatrda işləyirəm.


-Kamil bəy, «necə adamsınız?» sualına 3 seçiminiz olsa, yəni «zarafatcıl adam», «üzügülər adam» və «məzəli adam» sözlərindən birini seçsəniz, nəyin üstündə dayanarsınız?


-«Üzügülər adam»ın. Üzügülər olmasan, zarafatcıl və ya məzəli sayılman qeyri-mümkündür.


- Eləsə bizə, 3 əhvalat danışmalısınız-1-cisi olsun «ilin şad olayı», 2-cisi olsun «ilin yad olayı», 3-cüsü də olsun «ilin bərbad olayı»...


-Məmnuniyyətlə, böyük həvəslə razıyam.


-Keçək 1-ci əhvalata-ilin şad olayına. Şərti adı olsun «qarmon qəhqəhəsi».


-Oğlumun toyu şəxsən mənim üçün 2006-cı ilin ən şad olayı oldu. Yedik-içdik-şənləndik. Mən də qarmona güc verib qədim Azərbaycan rəqslərini canlandırdım. Deyə-gülə o ki var süzdük.


-Keçək 2-ci əhvalata-ilin yad olayına. 2006-cı ildə Sizi nə elə düşündürdü ki, ilboyu cavab tapmadınız?


-Hər il, heç olmazsa, 1-2 xarici ölkəyə qastrol səfərinə yollanardım. Bu 2006-cı il nə təhər keçdisə, heç yana gedə bilmədim. Sanki bütün qapılar bağlanmışdı. «Niyə?» sualı məni çox düşündürüb, çox üzdü...Məncə, bu, elə «ilin yad olayı» sayıla bilər...


-3-cü əhvalatın-ilin bərbad olayının vaxtı çatdı. Bir adı da olsun «musiqili gülməcə». 2006-cı ildə ən son nə vaxt, nəyə və niyə güldünüz?


-Azərbaycan TV-lərindən birində bir verilişə baxdım: TV-nin də, verilşin də adını demək istəmirəm. Məni elə bir gülmək tutdu ki, heç cür özümü saxlaya bilmədim. Veriliş çoxdan qurtarmışdı, amma, mən yenə gülməyimi saxlaya bilmirdim...


-Son dönəmlər qədim havalara meyllənmisiniz. Səbəbini soruşa bilərik?


-Rəşid Behbudovla çalışanda, istər-istəməz, müasirləşmişdim-məni yalnız estrada, caz, bir də olsa-olsa, xalq mahnıları maraqlandırırdı. Bir gün düşündüm ki, bəs qədim havalarımızı kim çalacaq? Odur ey, ermənilər «Uzundərə»ni, «Tərəkəmə»ni və sairəni öz adlarına çıxırlar. Adlarından görünmür bəyəm Azərbaycan havaları olması?! Görünür, amma ifa etmədikcə onlar öz havaları kimi qələmə verəcəklər. Bax bu səbəbdən başladım qədim havaları səsləndirməyə. Adlı-sanlı ifaçıların musiqi vallarını, lent yazılarını təkrar-təkrar toplayıb-dinlədim və niyyətimi gerçəkləşdirdim. İndi «Qəşəngi», «101» və digər neçə-neçə rəqs havasını ifa etməkdən ayrıca zövq alıram.


XS
SM
MD
LG