Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:52

«Sahibkarın ən çətin problemi krediti götürəndən sonra başlayır…»


Bundan sonra sahibkarlar 3 milyon yeni manata qədər iri həcmli kreditlər də ala biləcəklər
Bundan sonra sahibkarlar 3 milyon yeni manata qədər iri həcmli kreditlər də ala biləcəklər

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi üçün yeni qaydalar təsdiq olunub. Bu qaydalarda kreditlərin həcmindən, verilmə şərtlərindən tutmuş qaytarılma müddətinə və faiz dərəcələrinə qədər müxtəlif standartlar müəyyən edilib. Misal üçün bir neçə il əvvəl sahibkarlar uzaqbaşı 100-200 min dollar kredit götürə bilirdisə, bundan sonra sahibkarlar 3 milyon yeni manata qədər iri həcmli kreditlər də ala biləcəklər. Kiçik həcmli kreditlər isə 1000 manatdan 30 min manata qədərdir. Mikro və kiçik həcmli kreditlər iki ilədək qaytarılmalı olduğu halda, iri həcmli kreditlər üçün bu müddət 7 il müəyyən edilib. Amma, istifadə olunacaq istiqamətlərindən asılı olaraq müddət Fondun Müşahidə Şurasının qərarı ilə artırıla bilər. Kreditlərin illik faiz dərəcələrinə gəldikdə isə bu KİV-in inkişafı layihələrinin maliyyələşdirilməsi üçün 0, 5, digər layihələrin maliyyələşdirilməsi üçünsə 1 faizdir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi qeyd olunan faizlər də daxil olmaqla cəmi kredit məbləğinin 7 faizindən artıq olmamalıdır. Amma, yeni və köhnə qaydalar kredit götürmək istəyənləri qane etsə də heç də həmin qaydalar yazıldığı kimi tətbiq edilmir. Düzdür Sahibkarlığa Kömək Milli Fondunun prezidenti Elçin Zeynalov deyir ki, ötən il sahibkarlara kredit verilməsində heç bir problem olmayıb. Hətta Fonda ayrılmış 74 milyon manatın hamısı sahibkarlıq subyektlərinə kredit kimi verilib, bundan əlavə qaytarılan 12 milyon manata yaxın vəsait də kreditə verilib. Cənab Zeynalovun sözlərinə görə, fondun əsasnaməsi və kreditlərin verilməsilə bağlı yeni qaydaları prezident bir neçə gün əvvəl imzaladığından həmin qaydalar hələ tətbiq olunmayıb. Dövlət büdcəsindən fonda ayrılan vəsait isə elə ötən il olduğu kimi bu il də 74 milyon manat vəsait ayrılıb. Cənab Zeynalova görə, yeni qaydalarla kreditlərin verilməsinə təxminən yanvarın 13-dən sonra başlanacaq.


Amma, 2006-cı ilə gəlincə Elçin Zeynalov deyir ki, ötən il ərzində kreditlərin alınmasında və qaytarılmasında hər hansı problem olmayıb.


Sahibkarın Fonda müraciəti 15 gün müddətinə araşdırılacaq. Amma, Quba rayonundakı «Aygün» xalçaçılıq firmasının direktoru Fatma Ağamirzəyeva deyir ki, o, kredit almaq üçün müraciətdən 4-5 ay sonra kredit ala bilib. Onun sözlərinə görə, əslində qaydalarda göstərilən müddətlərə o qədər də əməl olunmur. Fatma xanım onu da deyir ki, o, kredit üçün müraciət edəndə 100 min dollarlıq biznes plan hazırlayıbmış. Kredit gec verildiyindən o, krediti alanda həmin pula layihə nəzərdə tutulan işləri başa çatdırmağın mümkün olmayacağı məlum olub. Fatma Ağamirzəyevanın sözlərinə görə, aldığı pulun 50-60 faizini xərcləsə də, bu həmin pula görüləcək işin çox az bir hissəsidir. Bunu bir tərəfdən davam etməkdə olan bahalaşma, başqa bir tərəfdən də məmurlardan asılı olan işlərin günlər və ya həftələrlə uzanması ilə əlaqələndirən şirkət rəhbərinə görə, belə süründürməçilik sahibkarı tamamilə müflisləşdirir. Götürdüyü krediti 5 ilə qaytarmalı olduğunu deyən sahibkara görə, üzləşdiyi problemlər vəziyyəti xeyli ağırlaşdırıb. Onun sözlərinə görə, əslində sahibkarın ən çətin problemləri krediti götürəndən sonra başlayır…


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG