Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:10

İstixanalara qazın verilməsinin nə vaxt dayandırılacağı hələ məlum deyil


«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti istixanalara qaz verilməsini hələlik dayandırmayacaq. Cəmiyyətin vitse-prezidenti Nazim Səmədzadə «Azadlıq» radiosuna bildirib ki, istixanalara qazın verilməsinin nə vaxt dayandırılacağı hələ məlum deyil.


Nazim Səmədzadənin sözlərinə görə, qazın dayandırılmaması xahişi ilə dövlət başçısına və «Azəriqaz»a istixanalardan və əhalidən yazılı müraciətlər edilib: «Hazırda bu məsələyə baxılır. Bu barədə prezidentin də öz fikri var. Dövlət başçısı fikrini bildirəndən sonra qərar qəbul olunacaq». Cənab Səmədzadə deyir ki, hansı qərarın qəbul olunması yanvarın 8-9-da dəqiq bilinəcək.


«Azəriqaz» mülkiyyət növündən asılı olmayaraq bütün istixanalara yanvarın 1-dən qazın verilməsini dayandıracağı barədə xəbərdarlıq etmişdi. Xəbərdarlıqda həmçinin bildirilirdi ki, istixanalar yanvarın 15-nə qədər başqa yanacaq növünə keçməli və onların sahibləri qaz xətlərinin ləğv olunması üçün lazımi şərait yaratmalıdırlar.


XS
SM
MD
LG