Edam olunmuş keçmiş İraq diktatoru Səddam Hüseyn Tikrit şəhəri yaxınlığındakı doğma Auca kəndində dəfn olunub. Bu haqda «əl-Cəzirə» ərəb telekanalı məlumat verib.
Əvvəl bildirilirdi ki, Səddam İraqın sünni icmasının mərkəzlərindən biri olan Ramadi şəhərində basdırılacaq.
Keçmiş İraq lideri dekabrın 30-da edam olunub, onu bəşəriyyətə qarşı cinayətlərə görə ölümə məhkum etmişdilər.
ABŞ, Böyük Britaniya, Avstraliya, İsrail və İran edamı alqışlayıblar. Avropa Birliyi, Vatikan, Rusiya, Ərəb Ölkələri Liqası və İslam Konfransı Təşkilatı təəssüfünü bildirib.