Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:25

Jurnalistlər kütləvi aksiyalara qərar verdilər


Toplantıda jurnalistlərin fəaliyyət imkanlarının getdikcə çətinləşdiyi vurğulanıb
Toplantıda jurnalistlərin fəaliyyət imkanlarının getdikcə çətinləşdiyi vurğulanıb

Gələn ilin ilk iş günlərindən etibarən jurnalistlərə təzyiqlərə etiraz olaraq müxtəlif kütləvi aksiyalar keçiriləcək. Bu barədə qərar dekabrın 28-də Söz Azadlığının Müdafiəsi üzrə Koordinasiya Şurasının növbəti toplantısında çıxarılıb. Tədbirdə iştirak edən «Azadlıq» qəzetinin texniki direktoru Azər Əhmədovun sözlərinə görə, qərara əsasən, aksiyaların siyasiləşdirilməməsi üçün piketlərdə yalnız jurnalistlərin özləri və arzu edən oxucular iştirak edəcəklər.


Toplantıda «Azadlıq» qəzetinin müxbiri Nicat Hüseynovun döyülməsi ilə bağlı məsələyə də toxunulub, jurnalistlərin fəaliyyət imkanlarının getdikcə çətinləşdiyi vurğulanıb. Şuranın üzvləri bildiriblər ki, əgər jurnalistlər əvvəllər gecə, gizli şəraitlərdə müxtəlif təzyiqlərə məruz qalırdılarsa, indi onları gündüz, heç kimdən çəkinmədən döyürlər.


Söz Azadlığının Müdafiəsi üzrə Koordinasiya Şurası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetinin Xaqani-33 ünvanından çıxarılması ilə bağlı iddiasından sonra yaradılıb. Şuraya qəzet redaktorları, müxalifət partiyalarının rəhbərləri və tanınmış ziyalılar daxildir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG