Dekabrın 27-dən aramsız yağan qar Naxçıvan Muxtar Respublikasının hava limanında təyyarələrin qəbul edilməsində problemlər yaradıb. Dekabrın 28-nə planlaşdırılan reyslərdə 3 saat gecikmə qeydə alınıb.
Muxtar Respublikanın Dövlət Yol Polisi də gücləndirilmiş iş rejimində işləyir. Polisin verdiyi məlumata görə, ciddi yol qəza hadisəsi baş verməyib. Türkiyədən Naxçıvana gələnlərin gömrük məntəqəsində qalmaması üçün avtobuslar əvvəlki qrafiklə işləyirlər. Yollara duz və ya qum səpilməsinə axşam saatlarında başlanacağı xəbər verilir.