Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 15:14

Fövqəladə Hallar Nazirliyinin işçiləri yolları qardan təmizləyir


Şəhərin küçələrində və körpülərdə təmizlənmə işləri aparılır
Şəhərin küçələrində və körpülərdə təmizlənmə işləri aparılır

Fövqəladə Hallar Nazirliyi Bakıda maşın və piyadaların sərbəst gediş-gəlişini təmin etmək üçün fəaliyyətə başlayıb. Nazirliyin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, artıq bundan ötrü paytaxtın küçələrinə 20 texnika çıxarılıb. Məlumatda həmçinin qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin işçilərindən başqa, bu işə Mülki Müdafiə Alayının və Yanğından Mühafizə Xidmətinin 1000 nəfərə yaxın əməkdaşı da cəlb edilib. Hazırda şəhərin buz örtüyü tutmuş küçələrində və körpülərdə təmizlənmə işləri gedir.


XS
SM
MD
LG