Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 03:55

Yanvardan «Kanal D», iyuldan «STV», ORT və RTR-in yayımı dayanacaq


Şura qərarın icra edilməsi üçün müvafiq strukturlara məlumat verib
Şura qərarın icra edilməsi üçün müvafiq strukturlara məlumat verib
Milli Televiziya və Radio Şurası (MTRŞ) gələn il yanvarın 3-dən Türkiyənin «Kanal D», gələn il iyulun 1-dən isə Türkiyənin «STV» və Rusiyanın «1-ci kanalı» (ORT) və «RTR»-in Azərbaycan ərazisində yayımının dayandırılması barədə qərar qəbul edib. Qərar dekabrın 28-də MTRŞ-in iclasında qəbul olunub.

«Media Forum» xəbər verir ki, iclasda Türkiyənin TRT-1, STV, Rusiyanın isə ORT və RTR telekanallarının Azərbaycan ərazisində yayımı ilə əlaqədar hökumətlərarası müvafiq müqavilələrin olduğu bildirilib. Türkiyənin «Kanal D» telekanalının yayımı ilə əlaqədar isə Azərbaycan və Türkiyə dövlətləri arasında heç bir rəsmi razılaşma yoxdur.


MTRŞ vəziyyətin bu cür davam etməsini Azərbaycan qanunvericiliyinin tələblərinə, beynəlxalq təcrübəyə və Azərbaycan telekanallarının maraqlarına zidd hesab edir. MTRŞ AzTV-nin verilişlərinin Türkiyə ərazisində yayımlandığını nəzərə alaraq «TRT-1»in verilişlərinin də Azərbaycan ərazisində yayımının davam etdirilməsini məqsədəuyğun sayıb.


Şura qərarın icra edilməsi üçün müvafiq strukturlara məlumat verib.


XS
SM
MD
LG