Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:01

Azərbaycanlı zəvvarların hamısı sağ-salamatdır


Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların hamısı sağ-salamatdır. Bunu «Azadlıq» radiosuna zəvvarlardan biri - Qafqaz Müsəlmanları İdarəsinin şöbə rəisi Azad Bağırov deyib. Onun sözlərinə görə, hazırda zəvvarlar Mina şəhərindədir. Bir qədər sonra zəvvarlar avtobuslarla Arafat dağına çıxacaqlar. Cənab Bağırov deyir ki, Qurban bayramı mərasimi 30 dekabrda keçiriləcək. Həmin gün dualar oxunacaq, qurbanlar kəsiləcək. Həcc mərasimləri Qurban bayramından sonrakı üç gün ərzində də davam edəcək. Daha sonra isə onlar vətənə dönəcəklər.


Azərbaycandan bu il Həcc ziyarətinə 4500 nəfər zəvvar gedib.


XS
SM
MD
LG