Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:41

Laqosda neft kəmərinin partlaması nəticəsində ən azı 200 adam ölüb


Nigeriyanın Laqos şəhərində neft kəmərinin partlaması nəticəsində ən azı 200 adam ölüb, xeyli adam isə yaralanıb. Ölü sayının artacağı istisna olunmur.


Agentliklər polisə istinadla xəbər verirlər ki, partlayış bir qrup yerli sakin kəmərdən neft oğurlayarkən baş verib.


Partlayış nəticəsində həmçinin ətrafdakı evlərə ziyan dəyib.


Bu ilin mayında Laqosda neft kəmərində baş vermiş partlayış nəticəsində isə 150-dən çox adam ölmüşdü.


XS
SM
MD
LG