Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 14:49

Berdıməhəmmədov prezidentliyə rəsmi namizəddir


Qurbanqulı Berdıməhəmmədov, 28 noyabr 2006
Türkmənistanın ali nümayəndəlik orqanı olan Xalq Məclisi yekdilliklə Qurbanqulı Berdıməhəmmədovu ölkə prezidentliyinə namizədliyini təsdiq edib.

O, Niyazovun vəfatından sonra müvəqqəti dövlət başçısının səlahiyyətlərini icra edir.


Eyni zamanda prezident seçkisinin fevralın 11-də keçirilməsi qərara alınıb.


Qurbanqulı Berdıməhəmmədov Baş nazirin müavini və səhiyyə naziri olub.


Türkmənistan müxalifəti də vahid namizədini irəli sürüb. Bu, Nurberdı Nurməmmədovdur. Bu haqda «Azadlıq» radiosuna Birləşmiş Demokratik müxalifətin lideri Abdı Kuliyev məlumat verib.


63 yaşlı mühəndis-nəqliyyatçı Nurberdı Nurməmmədov keçmişdə Türkmənistanın dövlət idarəetmə sistemində çalışıb. O, Niyazovun rəqibi kimi dəfələrlə repressiyalara məruz qalıb. Türkmənbaşının vəfatından sonra Nurməmmədov dərhal həbs olunub. Onun yeri məlum deyil.


Ancaq, İsveçdə olan başqa müxalifət lideri Xudayberdı Orazov «İnterfaks»a bildirib ki, Türkmənistan müxalifətinin vahid namizədi kimi o, irəli sürülüb. Məlumatı Türkmənistan Respublika Partiyasının sədri Nurməhəmməd Xanamov da təsdiqləyib.


XS
SM
MD
LG