Dekabrın 26-da Milli Məclis Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin üzvlərini təsdiqlədi. Dörd nəfərdən ibarət İdarə Heyətində hər hansı dəyişiklik baş vermədi. Sədrin müavinləri Alim Quliyev, Vadim Xubanov, baş direktorlar Rüfət Aslanlı və Avtandil Babayev növbəti beş il üçün yenidən təyin edildilər.
AMB İdarə Heyətinin sədri Elman Rüstəmov isə prezidentin təqdimatı ilə 2005-ci ilin aprelində yenidən sözügedən bankın sədri seçilib.