Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:07

Mətbuta Şurası döyülmüş jurnalistlə baglı nazirə müraciət etdi


Mətbuat Şurası dekabrın 25-də naməlum şəxslər tərəfindən döyülmüş «Azadlıq» qəzetinin əməkdaşı Nicat Hüseynovun işinin çevik və obyektiv araşdırılması ilə bağlı Daxili İşlər naziri Ramil Usubova müraciət edib.


Nəsimi Rayon Polis İdarəsindənsə bildirirlər ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Bundan başqa, dekabrın 26-da jurnalistin ifadəsi alınıb.


Nicat Hüseynov «Azadlıq» radiosuna deyib ki, bədənində ağrılar azalmayıb, həkimlər ona həyatı üçün təhlükə olmadığını bildiriblər.


XS
SM
MD
LG