Hazırda Naxçıvanda duman nisbətən çəkilsə də, hava limanı yalnız bir təyyarə qəbul edib. «Azadlıq» radiosunun Muxtar Respublikadakı müxbirinin verdiyi məlumata görə, bu, dekabrın 24-dən qalmış üçüncü reysin təyyarəsi olub. Hazırda Naxçıvan və Bakı aeroportlarında bir neçə reysin sərnişinləri təyyarə gözləyirlər.
Dekabrın 23-dən Muxtar Respublikada başlayan dumanlı hava şəraiti təyyarə reyslərinin uçuşunda problem yaradıb.