Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 10:48

4 min manata qədər vəsaitləri olan əmanətçilərin əmanətləri sığortalanacaq


2008-ci ilə kimi banklarda 4 min manata qədər vəsaitləri olan əmanətçilərin əmanətləri sığortalanacaq. Parlamentin İqtisadi siyasət və Aqrar siyasət daimi komissiyalarının iclasında ikinci oxunuşda müzakirə olunan «Əmanətlərin sığortalanması haqqında qanun» layihəsində bu məsələ öz əksini tapıb. Bu barədə Milli Bankın icraçı direktoru Rüfət Aslanlı məlumat verib. Qanuna görə, əgər əhalidən əmanət götürmüş banklar müflisləşərsə, onların vəsaiti yaradılacaq xüsusi fondun hesabına qaytarılacaq. Hər bir bank nizamnamə kapitalına uyğun olaraq xüsusi fonda vəsaitlər ödəyəcək.


XS
SM
MD
LG