Keçid linkləri

2026, 27 Avqust, cümə axşamı, Bakı vaxtı 01:23

Yığmanın həkimi Ramiz Kərimov da İsveçrəyə çağırıldı

UEFA Nizam-İntizam Komitəsinin cümə axşamı Sürixdə keçirilən iclasında orqanizmində dopinq tapılan «Qarabağ»ın və ölkə futbol yığmasının müdafiəçisi Sergey Sokolovun məsələsi müzakirə olunub. Qitə futbol qurumundan AFFA-ya daxil olan faksda bildirilir ki, futbolçunun cəza müddəti yanvarın 10-da açıqlanacaq. Həmin vaxta qədər isə yığmanın həkimi Ramiz Kərimov İsveçrəyə baş çəkməlidi. Belə ki, Sokolovun izahatından sonra onun da dindirilməsinə ehtiyac yaranıb.
XS
SM
MD
LG