Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:58

«Nəhayət ki, Ermənistan Minsk qrupunun təkliflərinə razılıq verəcək»


İlham Əliyev deyir ki, Azərbaycanın güclənməsi Ermənistanı təşvişə salıb
İlham Əliyev deyir ki, Azərbaycanın güclənməsi Ermənistanı təşvişə salıb
«Hələ gec deyil, bizim təkliflərimizdə Ermənistanın maraqları nəzərə alına bilər. Yəni, Dağlıq Qarabağa muxtariyyət verilə bilər. Amma, gələcəkdə bu da baş tutmaya bilər». Prezident İlham Əliyev Naxçıvan Ali Məclisində dekabrın 21-də keçirdiyi müşavirədə belə deyib. Cənab Əliyev həmçinin Ermənistan rəhbərliyini düz yola, konstruktiv mövqeyə çağırdığını bildirib.

Ermənistan rəsmilərinin maraqlı və gülməli bəyanatlar verdiyini söyləyən Azərbaycan prezidentinə görə, bəzən bu bəyanatlar yalan və təxribat xarakteri daşıyır. Dövlət başçısı xüsusi vurğulayıb ki, Dağlıq Qarabağa müstəqillik verilməyəcək: «Nəhayət ki, Ermənistan Minsk qrupunun təkliflərinə razılıq verəcək. Vaxt uzatmaq üçün bəhanə axtarmayacaq».


İlham Əliyevin fikrincə, Ermənistan rəhbərliyi parlament seçkilərini bəhanə gətirməklə, özlərini çətin vəziyyətə salır. Ermənilərin Dağlıq Qarabağda referendum keçirməsinə toxunan prezident deyib ki, Azərbaycanın güclənməsi Ermənistanı təşvişə salıb.


Prezident Azərbaycanla Ermənistan arasında böyük fərqlər olduğunu vurğulayıb. Azərbaycan iqtisadiyyatının qonşu ölkənin iqtisadiyyatından 6 dəfə böyük olduğunu və gələcəkdə bu fərqin 10 dəfə artıq olacağını bildirib: «Ümumi büdcəmiz Ermənistanınkından 7 dəfə böyükdür, hərbi büdcəmiz isə Ermənistanın ümumi büdcəsinə bərabərdir».


Muxtar Respublikanın 2007-ci ildəki büdcəsinin 161 milyon 818 min manat təşkil etdiyini xatırladan prezident İlham Əliyev gələcəkdə Naxçıvanının büdcəsinin Ermənistanın ümumi büdcəsindən xeyli fərqlənəcəyini vurğulayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG