Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 19:57

Quru aclıq edən tələbədən birinin də səhhəti pisləşib


Dekabrın 19-dan isə dörd tələbə ağzını yapışqanlı lentlə bağlayaraq quru aclığa başlayıb
Dekabrın 19-dan isə dörd tələbə ağzını yapışqanlı lentlə bağlayaraq quru aclığa başlayıb
Keçmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) quru aclığa başlamış və ağzını yapışqanlı lentlə bağlamış daha bir tələbəsi Elmir Pirməmmədovun da vəziyyətinin pisləşdiyi deyilir. Son bir neçə saatda onun səhhəti ağırlaşıb, ürək getmələri olub. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin sədr müavini Vüqar Süleymanlı bildirir ki, valideynlər və tələbələr ondan aclığı dayandırmasını xahiş ediblər: «Elmir Pirməmmədov məhkəmənin dekabrın 21-də verəcəyi qərarı gözləyir. Biz onun səhhətinə görə narahatıq».

Cənab Süleymanlının sözlərinə görə, quru aclıq edən digər tələbənin - dekabrın 20-də axşam saatlarında təkrar xəstəxanaya yerləşdirilən Samir Babayevin səhhəti gecə pisləşsə də, hazırda normaldır.


Qanunsuz tələbə qəbul etdiyi üçün Təhsil Nazirliyinin lisenziyasını ləğv etdiyi Müstəqil Azərbaycan Universitetinin ikinci kurs tələbələri başqa ali məktəblərə köçürülmək üçün 31 gündür aclıq edirlər. Dekabrın 19-dan isə dörd tələbə ağzını yapışqanlı lentlə bağlayaraq quru aclığa başlayıblar. Tələbələr buna qədər də bir neçə dəfə aclıq ediblər.


Təhsil hüquqlarının bərpasını və onlara dəyən maddi-mənəvi ziyanın ödənməsini tələb edən keçmiş Müstəqil Azərbaycan Universitetinin tələbələrinin iddiası əsasında dekabrın 21-də Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Buna səbəb Təhsil Nazirliyi ilə tələbələrin razılığa gələ bilməməsidir.


XS
SM
MD
LG