Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:27

«Quş qripi» və başqa xəstəlikləri müəyyənləşdirmək üçün Azərbaycanda yeni laboratoriya yaradıldı


Dekabrın 21-də Xırdalan şəhərində «quş qripi» və başqa heyvan mənşəli xəstəlikləri müəyyənləşdirmək məqsədilə Epidemioloji Nəzarət Laboratoriyası açılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülşən Hüseynova deyir ki, laboratoriyanın yaranması zərurəti bu ilin əvvəlində Azərbaycanda «quş qripi» xəstəliyi aşkarlandıqdan sonra ortaya çıxıb.


Laboratiyanın yaradılması üçün Nazirlər Kabineti 200 min manat ayırıb. Həmin vəsaitə laboratoriya üçün dezinfeksiyaedici avtomaşınlar və xüsusi vasitələr, eləcə də taun, brüsülyoz, toksoplazma və başqa xəstəliklərin diaqnozu üçün də avadanlıqlar alınıb.


XS
SM
MD
LG