Yerdə qalan üç tələbənin də vəziyyətinin pisləşdiyi bildirilir.
30 gündür ki, aclıq edən MAU-nun tələbələrinə dekabrın 20-də ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan Nümayəndəliyinin əməkdaşları və AXCP sədri Əli Kərimli də baş çəkib. Tələbələrə baş çəkənlərin hamısı onları aksiyanı dayandırmağa çağırıblar.
Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv edəndən sonra birinci, üçüncü və dördüncü kurs tələbələri başqa ali məktəblərə köçürülüblər. Sözügedən ali məktəbə testdənkənar qəbul olunduğu bildirilən ikinci kurs tələbələrinin işinə isə məhkəmədə baxılır.
Tələbələr bu ilin iyun-iyul aylarında da təhsil hüquqlarının bərpası tələbilə fasilələrlə aclıq aksiyaları keçirmişdilər.