Cənab Əliyevin sözlərinə görə, bu üzdən də qərara alınıb ki, problem Gürcüstan prezidenti Mixail Saakaşvilinin Türkiyəyə səfəri zamanı müzakirə edilsin.
Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı isə deyir ki, siyasi rəsmilər artıq öz qərarlarını veriblər: «Siyasi iradə ortaya qoyuldu. Türkiyə öz payının bir qismini Gürcüstanla Azərbaycana verəcək. Bazarlıq isə hələ davam edir. Nazirlərin Bakıda bu ay toplantısı olacaq. Son qərar da orda verilməlidir».
Rusiya bu il Azərbaycana və Gürcüstana qazı ötən illərlə müqayisədə iki dəfə baha təklif etdiyinə görə, hər iki ölkə «Şahdəniz» yatağından Türkiyəyə düşən payı almaq qərarına gəliblər. Türkiyə texniki problemlərə görə, gələn il ona düşən payı qəbul edə bilmədiyindən Bakı ilə Tbilisinin müraciətinə müsbət cavab verib. Bu haqda razılaşma dekabrın 8-də üç ölkənin nazirləri səviyyəsində keçirilən görüşdə əldə olunub. Gələcəkdə qazın əvəzi Türkiyəyə qaytarılacaq.