Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:53

İranda Azərbaycan jurnalları bağlanır, fəalların həbsi davam edir


Həbs olunan Azərbaycan fəalları «pantürkist» qruplarla əməkdaşlıqda ittiham edilir
Həbs olunan Azərbaycan fəalları «pantürkist» qruplarla əməkdaşlıqda ittiham edilir

Dekabrın 2-də keçirilən Təbrizin «İslam İnqilabı» məhkəməsinin birinci şöbəsi 34 yaşlı Azərbaycan fəalı Həsən Əhmədiyana 3 il həbs cəzası və 50 şallaq zərbəsi hökmü verib.


Millətçilikdə ittiham edilən bu sosioloq alimin məhkəmə hökmündə onun may ayının kütləvi etirazlarında iştirak etməsi, 1990-cı illərdə Ankaranın Hacət Təpə universitetində Azərbaycan mədəniyyəti üzrə tədqiqat aparması, «Azərbaycan Mədəniyyət Ocağı», «Bağırxan» və «Qurtuluş» komitələrində fəaliyyət göstərməsi bu ittihama sübut kimi göstərilir.

Dekabr ayında keçirilən Ərdəbil İnqilab Məhkəməsi isə Azərbaycan fəallarından olan Bəhruz Əlizadəni 10 ay həbsə və 50 şallaq cəzasına məhkum edib. İranda gizli şəkildə fəaliyyət göstərən «Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi»nin (ASMƏK) verdiyi məlumata əsasən 20 yaşlı Əlizadə cari il ərzində 3 dəfə nəzarət altına alınıb. O, ilk dəfə may ayında «İran» qəzetində dərc olunmuş karikaturaya etiraz olaraq Ərdəbildə keçirilən aksiyalara qatıldığı və ikinci dəfə tanınmış fəal Abbas Lisaninin azadlığa buraxılması tələbi ilə vərəqə yaydığı üçün tutulduqdan sonra 13 min dollar zəmanətlə şərti olaraq sərbəst buraxılıb. Sonuncu dəfə sentyabr ayında məktəblərdə Azərbaycan dilinin tədrisi tələbi ilə keçirilən etirazlara qoşulduğu üçün həbs edilib. Əlizadə hazırda Ərdəbilin mərkəzi həbsxanasında saxlanılır.


ASMƏKin yaydığı başqa məlumata görə Azərbaycan dilli «İldırım» və «Birlik yolu» jurnallarının redaktoru Qulamrza Nəsirzadə Makı şəhərinin məhkəməsi tərəfindən 6 ay həbsə məhkum edilib. Nəsirzadə bir neçə Azərbaycan kitab və jurnalı daşıdığı üçün təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən iyul ayında nəzarət altına alınmışdı. Ona hakim rejimə qarşı çıxmaq və «pantürkist» qruplarla əməkdaşlıq ittihamı verilib.


ASMƏK eyni zamanda Urmiyədə «Ayatay» tələbə jurnalının nəşrinin dayandırıldığını bildirir. Məlumata görə «İrşad-i-İslami» adlanan İranın Mədəniyyət Nazirliyinin yerli idarəsi jurnalı separatçı fikirlər yaymaqda günahlandırıb. Urmiyə Universiteti tələbələrinin buraxdığı «Ayatay»ın yalnız 2 sayı işıq üzü görüb. Son 3 ayda «Ulus», «Oyanış», «Haray» və «Yaşıl yol» kimi jurnallar da bağlanıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG