Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 00:33

ABŞ rəsmisi hökuməti Elmar Hüseynovun qatillərini tapmağa çağırır


Barri Louenkron Elmar Hüseynovun məzarını ziyarət edir, 18 dekabr 2006
Barri Louenkron Elmar Hüseynovun məzarını ziyarət edir, 18 dekabr 2006

Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Barri Louenkron Azərbaycan hökumətini Elmar Hüseynovun qatillərini tapmağa və məhkəmə qarşısına gətirilməsini təmin etməyə çağırır. O, ötən il martın 2-də qətlə yetirilmiş «Monitor» jurnalının redaktorunun məzarını ziyarət edəndən sonra jurnalistlərə açıqlamasında bildirdi ki, Elmar Hüseynov kimi jurnalistlərə yönəlmiş hücumlar məhz demokratiyaya yönəlmiş hücüm kimi qiymətləndirilə bilər: «Onu qəddarcasına öldürənlər yalnız Elmar Hüseynovun səsini susdurmaq istəmirdilər. Onlar başqa jurnalistləri də susdurmaq və ya onların üzərlərində senzura tətbiq etmək cəhdi güdürdülər. Onun qatilləri öz məqsədlərinə nail olmalı deyillər. Azərbaycan üzərinə media azadlığı ilə bağlı öhdəliklər götürüb».


Barri Louenkron dekabrın 18-də prezident İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarovla da görüşüb.


XS
SM
MD
LG