Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 17:02

Koçaryan Qarabağ danışıqlarının aktiv mərhələyə keçməyəcəyini deyir


Koçaryan Ermənistanda Qarabağ danışıqları ilə spekuliyasiya edənləri məyus etdiyini deyir
Koçaryan Ermənistanda Qarabağ danışıqları ilə spekuliyasiya edənləri məyus etdiyini deyir

Ermənistanda parlament seçkiləri başa çatmayana qədər Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların fəallaşacağını gözləməyə dəyməz. Rusiyanın «Reqnum» agentliyi bildirir ki, Ermənistan prezidenti Robert Koçaryan bu fikirləri dekabrın 15-də ölkənin İctimai televiziyasına müsahibəsində bildirib.


Məlumatda daha sonra deyilir ki, Koçaryanın sözlərinə görə, «ölkədə Qarabağ problemi ilə spekuliyasiya etmək üçün danışıqlar prosesinin münbit şərait yaradacağını həvəslə gözləyənlər var. Ancaq, mən onları məyus etmək məcburiyyətindəyəm. Çünki, parlament seçkilərinə qədər müzakirələr aktiv mərhələyə keçməyəcək».


Ermənistanda parlament seçkiləri 2007-ci ilin sonlarında keçiriləcək. Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə ATƏT-in Minsk qrupunun iştirakı ilə noyabrın 28-də Minskdə görüşüblər.


XS
SM
MD
LG