Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:44

Deputatlar ANS-in tezliyini tutmaq üçün tenderdə iştirak etmək istəyənləri bu niyyətlərindən imtina etməyə çağırıblar


Bəzi millət vəkilləri ANS TV və ANS ÇM-in tezliyini tutmaq üçün elan olunmuş tenderdə iştirak etmək istəyənləri bu niyyətlərindən çəkinməyə çağırıblar. Parlamentin dekabrın 15-də keçirilən iclasında bu təkliflə çıxış edənlər həmin tezliyin ANS-ə məxsus olduğunu və kimsənin ona sahib çıxmasının düzgün olmadığını bildiriblər. Müsavatın deputat qrupundan Pənah Hüseyn deyib ki, prezidentin ANS telekanalı ilə bağlı nümayiş etdirdiyi iradəni müsbət dəyərləndirir və çox istərdi ki, belə bir mövqe «Azadlıq» qəzeti, həmçinin «Turan» İnformasiya Agentliyinə də göstərilsin.


Milli Televiziya və Radio Şurasının ANS-in tezliyi ilə bağlı elan etdiyi tenderin müddəti yanvarın 5-də başa çatır.


1 saylı Yerli İqtisad Məhkəməsinin qərarı ilə noyabrın 24-də «Azadlıq» qəzeti və «Turan» İnformasiya Agentliyi Bakının Xəqani-33 ünvanındakı binadan çıxarılıblar.


XS
SM
MD
LG