Milli Məclisin sədri Oqtay Əsədov parlamentin dekabrın 15-də keçirilən iclasında bildirib ki, deputatların köməkçilərini sədrin və ya onun müavininin təyin edəcəyi barədə yayılan söz - söhbətlər əsassızdır: «Koməkçini deputatlar özləri təklif edəcəklər. Ancaq yaxşı olar ki, millət vəkilləri özlərinə köməkçi seçəndə, həmin adamın dövlət qulluğuna işə götürüləcəyini də nəzərə alsınlar».
Deputatların yerlərdə fəaliyyətinin effektivliyini artırmaq üçün yanvar ayından onların hərəsinə ayrıca bir köməkçi veriləcək.